Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 705 $▲0.93%
  • Ethereum1 809 $▲2.30%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avstraliya Əfqanıstana təzminat ödəyəcək

image-flag_of_australia_-converted-svg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstraliya hökuməti Avstraliya Müdafiə Qüvvələrinin (ADF) Əfqanıstanda törətdiyi müharibə cinayətlərinə görə qurbanların ailələrinə təzminat ödəmək üçün danışıqlar aparır.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb.

Məlumata görə, Avstraliya Baş nazirinin müavini və Müdafiə naziri Riçard Marles Əfqanıstanda törədilmiş hərbi cinayətlərin qurbanlarının ailələrinə təzminat ödənilməsi ilə bağlı rəsmi orqanlardan məlumat aldığını bildirib.

Marlesin sözçüsü kompensasiya ilə bağlı bəzi problemlərin olduğunu, lakin hökumətin “Brereton Hesabatı”ndakı tövsiyələri bacardığı qədər yerinə yetirməkdə qərarlı olduğunu söyləyib.

BRERETON HESABATI

ADF Baş Müfəttişi Paul Breretonun dörd illik araşdırmadan sonra verdiyi hesabatda, Avstraliya əsgərlərinin Əfqanıstanda qanunsuz şəkildə 39 mülki vətəndaşı və məhbusu öldürdüyünə dair əllərində etibarlı məlumat olduğuna diqqət çəkib.

Hesabatı Avstraliya Baş Qərargah rəisi Anqus Kempbell 2020-ci ildə açıqlayıb.

İstintaqı aparan müstəntiqlər 2005-2016-cı illər ərzində avstraliyalı əsgərlərin davranışları ilə bağlı 423 şahidi dindirərək, bundan başqa 20.000-dən çox sənədi araşdıraraq sözügedən hesabatı hazırlayıblar.

Qeyd edək ki, Avstraliyanın Əfqanıstanda ABŞ və digər müttəfiqləri ilə davam edən sülhməramlı səylərin bir hissəsi olaraq təxminən 400 əsgəri var idi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93050