
Avstraliya Rusiya və Belarus təşkilatlarına qarşı yeni sanksiyalar elan edib
Avstraliya Rusiyanın 15 təşkilatına, 10 Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edir.
Busaat.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər naziri Penni Vonq məlumat verib.
Nazirin açıqlamasında “müdafiə, texnoloji və energetika sektorundan 35 müəssisəyə, o cümlədən Rusiya və Belarusun 10 vətəndaşına qarşı sanksiyaların tətbiq ediləcəyi” qaçıqlanıb. O, həmçinin qeyd edib ki, sanksiyalar Rusiya üçün mühüm iqtisadi və strateji əhəmiyyət kəsb edən müəssisələrə şamil olunacaq.
Nazirin sözlərinə görə, yeni sanksiyalar siyahısına Rusiya Silahlı Qüvvələri üçün qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlar tədarük edən şirkətlər, həmçinin atom enerjisi və arktik resursların çıxarılması ilə məşğul olan təşkilatlar daxildir. Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov, baş nazirin müavini Dmitri Çernışenko, Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçaka, eləcə də “Kalaşnikov” konserninin baş direktoru Vladimir Vladimira qarşı maliyyə məhdudiyyətləri tətbiq olunacaq.
Qeyd edək ki, 2014 mart ayından bəri Avstraliya hökuməti artıq 25 dəfədən çox Rusiya əleyhinə sanksiyalar elan edib. Kanberranın sanksiya siyahısına 1100-dən çox Rusiya vətəndaşı və 300-dən çox müəssisə daxildir.
Busaat.az























