Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avstraliya Rusiyanın “casusluq şəbəkəsi”ni çökdürdüyünü açıqlayıb

image-casus-yazilim-reu-1745190_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstraliya kəşfiyyatı özünü rus diplomatları kimi təqdim edən “casus şəbəkəsini” zərərsizləşdirdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” qəzetinin kəşfiyyat mənbələrinə əsaslanaraq verdiyi xəbərdə bildirilir.

Xəbərdə vurğulanır ki, “casuslar” saxta şəxsiyyətlərdən istifadə edərək özlərini səfirlik və konsulluq işçiləri kimi təqdim ediblər.

Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin (ASIO) baş katibi Mike Burgess də agentliyin illik hesabatında “casus yuvası” olaraq xarakterizə etdikləri şəbəkəni deşifrə etdiklərini bildirib.

“Bu agentlər daha geniş şəbəkənin bir hissəsidir. Zərərli fəaliyyətlərindən əlavə, onlar həssas məlumatları oğurlamaq istəyirdilər”, – Burgess deyib.

Fəaliyyətlərini gizlətmək üçün çox mürəkkəb üsullardan istifadə edən agentlərin təlim keçdiyini ifadə edən Burgess, ASIO-nun “peşəkar və xüsusi” əməliyyatı ilə casusluq şəbəkəsini çökdürə bildiklərini vurğulayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101774