
Avstraliya tezliklə nüvə sualtı qayıq müqaviləsini elan edəcək
Avstraliyanın baş naziri Entoni Albanese tezliklə ABŞ prezidenti Co Bayden ilə görüşəcəyini və onların Sakit okeanda “Çinin artan təzyiqinə qarşı yönəlmiş” nüvə sualtı sazişini elan edəcəklərini söyləyib.
Busaat.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanesenin ölkə tarixində “müdafiə qabiliyyətində yeganə ən böyük sıçrayış” olaraq xarakterizə etdiyi səkkiz nüvə enerjili sualtı qayıq almaq planlarını açıqlayacağı gözlənilir.
Müqavilə Avstraliya, Böyük Britaniya və ABŞ arasında AUKUS kimi tanınan yeni regional təhlükəsizlik paktının bir hissəsi kimi ortaya çıxıb.
Albanese çərşənbə günü Pertdə jurnalistlərə deyib: “Mən ABŞ-da prezident Bayden ilə görüşəcəyəm. Tezliklə qarşıdan gələn tənzimləmələrin təfərrüatları ilə bağlı daha çox açıqlamalar verəcəyik”.
Albanesenin bəyanatından əvvəl AFP-yə danışan Pentaqon sözçüsü qeyd edib: “AUKUS ortaqlığı Avstraliyanı mümkün qədər tez şərti silahlanmış, nüvə enerjisi ilə işləyən sualtı qayıq qabiliyyəti ilə təmin etməyi hədəfləyir”.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayından etibarən AUKUS tərəfdaşları arasında Avstraliya ordusunu dəqiq nüvə hərəkəti texnologiyası ilə necə təchiz etmək barədə ətraflı pərdəarxası müzakirələr aparılır.
Avstraliyanın ABŞ və ya Britaniya sualtı qayıqlarını alacağı, bu sualtı qayıqların harada yerləşəcəyi və nə vaxt gətiriləcəyi kimi mühüm suallar hələlik cavabsız qalır.
Busaat.az























