
Avstraliyada çimərlikdə tapılan sirli obyektin Hindistan raketinin parçası olduğu ortaya çıxıb
Avstraliyada bu ayın əvvəlində sahilə çıxan sirli silindrin Hindistan raketinin qalıqları olduğu açıqlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Avstraliya Kosmik Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, iyulun əvvəlində Qərbi Avstraliyadakı Green Head Beach-də tapılan obyekt çox güman ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) tərəfindən buraxılmış Qütb Peykinin buraxılış vasitəsinin üçüncü mərhələsinin bir parçasıdır.
Qeyd edək ki, BMT-nin 1968-ci il razılaşmasına əsasən, tapılan kosmik tullantılar ölkəsinə qaytarılmalıdır.
Busaat.az























