
Avstraliyada sahilə çıxan 50-dən çox balina ölüb
Avstraliyada 50-dən çox balina sahilə çıxaraq ölüb.
Busaat.az xəbər verir ki, bu barədə Avstraliyanın Parklar və Vəhşi Təbiət Xidməti məlumat yayıb.
İyulun 25-də Avstraliyanın qərb sahilində 60-70 ədəd yuvarlaq başlı balinalar sahilə çıxıb. Bundan əvvəl dairə başlı balinaların çimərlikdən 150 metr aralıda sıx qrup təşkil etdiyi barədə məlumat daxil olub. Sonra balinalar özlərini sahilə atmağa başlayıblar.
Məlumata görə, sahildə 51 balina ölüb. Parklar və Vəhşi Təbiət Xidmətinin əməkdaşları könüllülərlə birlikdə 46 balinanı xilas etməyə çalışırlar.
Busaat.az























