Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avstraliyadan etiraf: "Çin qarşısında müdafiəsizik"

image-cin_avstraliya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstraliyanın “ən əhatəli” müdafiə hesabatı onların Çin qarşısında müdafiəsiz olduğunu ortaya qoyub.

Belə ki, Avstraliyanın “ən əhatəli” müdafiə hesabatında Çinlə qarşıdurma ssenarilərində ölkənin müdafiəsinin qeyri-kafi olacağı ifadə edilib.

Busaat.az xəbər verir ki, Sydney Morning Herald-a görə, müdafiə hesabatının “gizli” versiyasını hazırlayan mənbələr, Müdafiə Nazirliyinin təhlükəsizlik ekspertlərinin Avstraliyanı silahlı münaqişəyə cəlb edə biləcək xüsusi müharibə ssenarilərini təhlil etdiklərini söyləyib.

Təhlillərdə Tayvan səbəbiylə ABŞ və Çin arasında ola biləcək müharibə, eləcə də Çinin Solomon adaları kimi Avstraliyaya qonşu ölkədə daimi hərbi baza qurma strategiyaları dəyərləndirilib.

İncələnilən müharibə ssenarilərində, Avstraliya ordusunun bölgədə Çinlə ola biləcək bir qarşıdurmada qeyri-kafi və müdafiəsiz qala biləcəyi qənaətinə gəlinib. Hələ tam ictimaiyyətə açıqlanmamış müdafiə hesabatında Avstraliyanın güc rəqabətindən yarana biləcək potensial təhlükələrə, o cümlədən münaqişə ehtimalına qarşı müdafiəsini əhatə edən yeni doktrina layihəsinin hazırlanması üçün tövsiyələr verilib.

Hesabatda quru və dəniz əməliyyatlarına diqqətin yönəldilməsi, xüsusilə də orduda əsaslı yenidənqurmaların aparılmasının vacibliyi qeyd edilib.

Hökumətin Müdafiə Qüvvələrinin hərbi personal böhranını həll etməyə çalışacağı bildirilən hesabatda əsgərlərə 3 il daha xidmət göstərməsi müqabilində 50 min dollara qədər mükafat və başqa bu kimi müxtəlif həll təklifləri var. Bu çərçivədə hərbi kadr böhranının həlli üçün 4 il ərzində 400 milyon dollar xərclənəcəyi qeyd edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108559