Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 534 $▼3.94%
  • Ethereum1 828 $▼5.16%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Avstriya TikTok-a qadağa qoydu

image-tiktok-5390055_1920
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avstriyanın daxili işlər naziri Gerhard Karner Çin sosial media platforması TikTok-un “təhlükəsizlik narahatlıqları” səbəbiylə federal səviyyədə dövlət işçiləri tərəfindən korporativ mobil telefonlarda istifadəsinin qadağan edildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, Avstriyanın daxili işlər naziri Karner mətbuata verdiyi açıqlamada, Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış ekspert komitəsinin fevral ayından bəri TikTok tətbiqi ilə bağlı araşdırmalarına uyğun olaraq aldığı qərarı ictimaiyyətlə bölüşüb.

Dövlət məmurlarının TikTok-dan şəxsi cihazlarında istifadə edə biləcəyini qeyd edən Karner, bu tətbiqin federal səviyyədə rəsmi cib telefonlarında istifadəsinin qadağan edildiyini və sözügedən tətbiqin Çin dövlətinə aid olduğunu, bunun da informasiya və məlumatlarla bağlı müxtəlif narahatlıqlar doğurduğunu bildirib.

Federal hökumətlə yanaşı, Yuxarı Avstriya əyaləti də oxşar səbəblərdən öz işçilərinin korporativ mobil telefonlarında TikTok-dan istifadəni qadağan edib.

ABŞ və Avropanın bir çox ölkəsi Çin sosial media platforması TikTok-un dövlət işçilərinə məxsus rəsmi cihazlarda istifadəsini qadağan edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109283