Avtobus gözləyən qadın faciəvi şəkildə öldü

image-fghfghfghbackend

Abşeron rayonunun Mehdiabad-Pirşağı yolunda ağır yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, Rasim Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük avtomobili sağdan yola çıxan Rəşad Qurbanlının sürdüyü “BMW” markalı avtomobilə çırpılıb. Nəticədə yük avtomobili aşaraq sürüşməyə başlayıb.

Bu zaman yük maşını yolun sağ kənarında yerləşən avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacaq uçaraq orada avtobus gözləyən piyada, 1970-ci il təvəllüdlü Sevda Balaca qızı Məmmədovanın üzərinə düşüb. 53 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktıla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki