“Axmaq deyilik, bunun üzərində işləyirik” – Klopp

“Axmaq deyilik, bunun üzərində işləyirik” – Kloppbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının ardıcıl iki oyundur qol vura bilməməsini şərh edib.

Busaat.az xəbər verir ki, almaniyalı mütəxəssis bundan narahat olduqlarını bildirib:

“Əlbəttə ki, bu, bizi qayğılandırır. Bu, bizdə problemdir. Futbolda bu cür hallar olur: Ya zəif müdafiə olunursan, ya da hücumda yaxşı çıxış edə bilmirsən. Az qol imkanların olur. Bəli, biz narahatıq, ancaq bunu futbolun içində həll etməliyik. Axmaq deyilik. Bunun üzərində işləyirik”.

Qeyd edək ki, “Liverpul”un əsas hücumçuları Məhəmməd Salah və Firmino 3, Sadio Mane isə iki oyundur qol vura bilmir.

“Qırmızılar” hazırda 33 xalla turnir cədvəlinin lideridir. Ötən gecə səfərdə “Sauthempton”a uduzan (0:1) komandanın növbəti oyunu yanvarın 17-də “Mançester Yunayted”ə qarşı olacaq.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90