
“Azərbaycan bu hərəkətlərinə görə sanksiyaya məruz qalmalıdır” - Edmon Marukyan
Azərbaycana blokadaya və “Artsax“a (Dağlıq Qarabağ) qaz nəqlini dayandırdığına görə sanksiyalar tətbiq edilməlidir.
Busaat.az xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan bildirib.
“Azərbaycan Dağlıq Qarabağa təbii qazın verilişini kəsir. Laçın dəhlizinin blokadasının 36-cı günündə Azərbaycan Qarabağın 120 000 əhalisinin həyat üçün bütün əsas ehtiyaclarının blokadası ilə yanaşı, qaz təchizatının blokadasını silahlandırır. Azərbaycan bu hərəkətlərinə görə sanksiyaya məruz qalmalıdır”, – Marukyan tvitter hesabında yazıb.
Azərbaycan Ermənistandan “Artsax”a təbii qaz nəql edən kəməri sıradan çıxarıb.
Busaat.az























