Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.95 $▲0.57%
  • WTI neft86.37 $▲0.82%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.309 $▲2.99%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 853 $▼1.87%
  • Ethereum2 058 $▼3.49%
  • S&P 5007 521▼0.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

"Azərbaycan döyüş meydanında PUA-lardan səmərəli istifadə edib" - `KİV

image-86e77ef4-221a-498f-8d94-822322b65f1a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə müasir döyüşlərdə pilotsuz uçuş aparatlarından (PUA) uğurla istifadənin nümunəsi oldu. İndi isə bu təcrübədən Ukraynadakı müharibədə fəal şəkildə istifadə olunur.

Busaat.az  Report-a istinadən xəbər verir ki, bu barədə “New York Times”da dərc olunan “Ukrayna müharibəsində heç kim bu silahlardan gizlənə bilməz” adlı məqalədə deyilir.

“Ola bilsin ki, PUA-lardan istifadə baxımından Ukrayna müharibəsinə ən yaxın münaqişə 2020-ci ildə Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş toqquşma olub. O vaxt Azərbaycan PUA-ları Ermənistanın yüzlərlə tankını, sursatını və zirehli texnikasını məhv edib. Azərbaycan Müdafiə Nazirliyi təkcə öz PUA parkından döyüş meydanında səmərəli istifadə etmirdi, həm də tez-tez hücumların videogörüntülərini öz saytında yerləşdirirdi”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, PUA-lardan düşməni təəccübləndirmək üçün yaradıcı şəkildə istifadə etmək olar: “Müasir müharibələlərdə mülki və hərbi PUA-lara yer tapılar. Bu ay “The Times” Ukrayna hökumətinin keçirdiyi kraudfandinq kampaniyası haqqında yazıb. Kampaniya çərçivəsində kommersiya dronları formasında ianələr edilib və onları idarə etmək bacarığı olan insanlar axtarılıb”.

Azərbaycanın 44 günlük müharibə zamanı Türkiyənin “Bayraktar TB2” PUA-larından aktiv istifadə etməsi “Azadlıq” radiosunun “Bayraktar nədir?” adlı məqaləsində də qeyd olunur.
“Azərbaycan raketlərin ağacların və ya təpələrin arxasından təhlükəsiz yerdə imiş kimi görünən nəqliyyat vasitələrinə doğru uçuşu zamanı erməni döyüşçülərinin necə qaçdığını əks etdirən onlarla video yayımlayıb”, – məqalədə vurğulanır.

2020-ci ildə “Azadlıq” radiosuna müsahibə verən bir erməni hərbçi deyirdi ki, Azərbaycanın Qarabağı geri qaytarmaq üçün keçirdiyi kütləvi hücum zamanı daim səmada PUA səsləri eşidilirdi və erməni əsgərləri “Bayraktar”dan qorunmaq üçün açıq ərazilərdə tək-tək hərəkət etmək məcburiyyətində qalırdı. Görünür, bir adama görə belə bahalı raketdən istifadəyə dəymədiyini düşünürmüşlər.

“Bayraktar” PUA-nın yaradıcısı, Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar “Reuters”ə müsahibəsində bu PUA-lardan 44 günlük Qarabağ müharibəsi zamanı, eləcə də hazırda Ukraynada istifadə olunmasından qürur duyduğunu bildirib.

“Bu, başqasının ərazisinə qanunsuz soxulmadır, işğaldır, ona görə də TB2 Ukraynanın hörmətli xalqına öz ölkələrini müdafiə etməkdə kömək edir. Gəncliyimdən bəri Qarabağın işğalı mənim üçün ürək yarası idi. Texnologiyalar hazırlayan mühəndis olaraq qardaş-bacılarımıza torpaqlarını geri almağa kömək etməkdən şərəf duyuruq”, – S.Bayraqdar diqqətə çatdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78495