Azərbaycan gənclərindən möhtəşəm mübarizə – #PrayForGanja “Twitter”in trendinəbackend

“Twitter”də Azərbaycan gəncləri #PrayForGanja həştəqi ilə bütün dünyanın diqqətini Gəncə şəhərində ermənilər tərəfindən törədilən terrora yönəldir.

Hazırda sözügedən həştəqlə 780 mindən çox paylaşım edilib.

Sosial şəbəkənin Azərbaycan seqmentində, həmçinin, #KardashiansSupportTerrorism, #StopArmenianTerrorism, #StopArmenianAgression həştəqləri də trendə çevrilib.

Azərbaycan gəncləri mümkün qədər çox paylaşım etməklə dünya gündəminə çıxmaq və Ermənistanın silahlı qüvvələrinin törətdiyi cinayəti bütün dünya ictimaiyyətinə çatdırmağı hədəfləyir.