“Azərbaycan heç bir ölkəyə öz ərazisindən İrana qarşı zərbə endirməyə icazə vermir” – DADP sədri

“Azərbaycan heç bir ölkəyə öz ərazisindən İrana qarşı zərbə endirməyə icazə vermir” – DADP sədribackend

“Azərbaycan ərazisindən havalandırılmaqla, İsrail raketlərinin İranı vurması mümkün deyil”.

Busaat.az xəbər verir ki, bunu son günlər İranın strateji nöqtələrində, o cümlədən Natanz nüvə obyektində ard-arda baş verən partlayış və yanğınlarda Azərbaycanın da iştirakı və rolu ilə bağlı iddialara münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Əlisahib Hüseynov bildirib.

Partiya sədrinə görə, Azərbaycana qarşı bu cür iddialar xəstə təxəyyülün “məhsul”udur:

“Bu cür əsassız iddiaları ortaya atmaqla, Ermənistan tərəfi bir güllə ilə bir neçə dovşan vurmaq istəyir. Məqsəd Azərbaycanın həm qonşu İranla münasibətlərini pisləşdirmək, həm də İsrail və ABŞ kimi müttəfiqlərimizi bizim vasitəmizlə pis vəziyyətdə qoymaqdır. Halbuki istər ABŞ-ın F-35 bombardmançı təyyarələrinin Azərbaycanın hava məkanından qanunsuz şəkildə istifadə edib İranın strateji obyektlərini bombalaması, istərsə də Azərbaycan ərazisindən havalandırılmaqla İsrail raketlərinin İranı vurması mümkün deyil. Çünki Azərbaycan heç bir ölkəyə öz ərazisindən İrana qarşı zərbə endirmək, müdaxilə etmək üçün istifadə etməyə icazə vermir. Bu rəsmi Bakının illərdir ki, birmənalı olaraq sadiq qaldığı prinsipial mövqeyidir. Odur ki, xain Ermənistanın Azərbaycanla müttəfiqlərinin isti münasibətlərinə kölgə salmaq arzusu növbəti dəfə puç olmağa məhkumdur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90