
Azərbaycan heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımayacaq – Paşinyan
“Sotk-Xoznavar” bölgəsində baş verənlər, eləcə də 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycanın təcavüzləri onu deməyə əsas verir ki, Azərbaycan heç vaxt Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, əksinə ona qarşı yeni təcavüzlər həyata keçirməyi qarşısına məqsəd qoyub”.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Azərbaycan Ermənistana qarşı təcavüzkar siyasətini” davam etdirir.
“Biz Qarabağdan danışanda Azərbaycan bunu ərazi bütövlüyünə və suverenliyinə qəsd və Ermənistanın onun ərazi bütövlüyünü tanımadığını və tanımaq niyyətində olmadığını “sübut” kimi qiymətləndirir. Bu ritorikanı inkişaf etdirərək deyirlər ki, əgər belədirsə, biz Ermənistanın ərazi bütövlüyünü tanımırıq” – deyə, Paşinyan əlavə edib.























