Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı

Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladıbackend

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edir.

İngiltərəli Kris Kavananın idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayıb.

Bu, 64 yaşlı italiyalı mütəxəssisin millidə ilk sınağıdır. Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alıb.

Komandanın iki üzvü – Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın “Atromitos” klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.

Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan – Lüksemburq – 1:0 (Birinci hissə)
Qollar: Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-avtoqol (1:1),Gerson Rodriges, 72-pen(1:2)

Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Qırmızı vərəqə: Mahir Emreli, 25 – birbaşa qırmızı vərəqə (Azərbaycan)

Bakı Olimpiya Stadionu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90