Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupu toplaşır –Sabah görüş olacaq

image-1614498752_image-2021-02-28t115046-355backend

Martın 1-də Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin təmsil olunduğu Qarabağ üzrə üçtərəfli İşçi Qrupun videokonfrans formatında növbəti görüşü keçiriləcək.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İşçi Qrupun üçüncü iclasının nəticələrinə əsasən deyib.Qeyd edib ki, bundan öncəki iclasda Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsi müzakirə edilib..

“Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınma, habelə sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla daşınmanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair ekspert quplarının hesabatlarına baxdılar.

Səlahiyyətli orqanlara MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması tövsiyə edildi”, – deyə Overçuk vurğulayıb.

Qeyd olunub ki, İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90