Bütün dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan Prezidenti cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” zirvə görüşündə böyük təntənəli çıxışı oldu. O öz çıxışında vurğuladı ki, ” Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas hissəsi olub. Bu gün bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi nüfuza malikdir. Bu dövlətlərlə bizi etnik və mədəni köklərimiz, dilimiz, dinimiz eləcədə ortaq keçmişimiz birləşdirir. Son illər Azərbaycan dövləti türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Əməkdaşlıq əlaqələrimiz artan dinamika ilə inkişaf edir. Ancaq əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr qanlı münaqişələr alovlanır. Hər bir kəsə məlumdur ki, Ermənistan dövləti bizim torpaqlarımızı 30 ildən çoxdur ki, qanunsuz işğal altında saxlayıb. Burada o, mənfur qonşumuz qondarma rejim yaratmışdır. Neçə-neçə şəhər və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilmiş, tarixi və dini abidələrimiz məhv edilmişdir. Onlar tərəfindən açıqcasına etnik təmizləmə əməliyyatı aparılmışdır. Bu etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdundan zorla qovulmuşdur. Hələ bir azmış kimi 2019-cu ildə işğal olunmuş Xankəndi şəhərində Ermənistanın baş nazirinin həyasızcasına dediyi ” Qarabağ Ermənistandır şüarıyla çıxış edib, bizə hədələyici mesajlar, bəyənatlar göndərməsi bizim üçün dözülməz oldu. Bu da İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.
Azərbaycan bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Lakin bu mümkün olmadı. Ermənistan və ona dəstək olan dövlətlər işğalçı niyyətlərindən əl çəkmədilər. Artıq Azərbaycan dövləti düşündüki, bu işi özü etməlidir. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistan dövlətini döyüş meydanında məğlubiyyətə uğratdı. İyirmin yeddi il kağız üzərində qalmış 4 qətnamənin icrasını döyüş meydanında Azərbaycanın igid oğulları yerinə yetirdi.
Son zamanlar torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələrinin antiterror əməliyyatı nəticəsində məhv edilməsi erməni işğalına son qoydu. İndi torpaqlarda Böyük Qayıdış Proqramı icra olunur. Artıq keçmiş məcburi köçkünlər öz evlərinə qayıdırlar. Bu işdə türk dünyasının sıx birləşməsi bizə böyük dəstək verir. Türk dövlətləri böyük bir ailə hesab edirəm. Artıq indi biz biri-birimizə qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanda öz üzərinə yerləşdiyi Orta Dəhlizin əməliyyatı artmaqdadır. 2020-ci ildə müharibə zamanı bu dövlətlər Azərbaycana çox haqlı olaraq öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Qarabağda qondarma prezident seçkilərini tanımadıqlarını bəyan etdilər. Hər üç dövlət Qarabağda indi aparılan bərpa və yenidənqurma işlərinə öz töhvələrini verirlər. Hələ onunda qeyd etmək istəyirəm ki, əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatlarının Astanada keçirilən 10-cu yubileyində geniş çıxışı bizə ən böyük dəstək idi. Naxçıvanın Azərbaycan torpağına birləşdirilərək Orta Asiya ilə xəttin açılması dədə-baba yurdlarımızın birləşməsi Türk dünyası ölkələrinin ən müqəddəs işi olacaqdır “.
Hacıyeva Gülnarə Həsənqulu qızı
Nəsimi rayonu İctimai Şura üzvü