Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdıbackend

“Aİ-95” (“Premium”) markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.

Bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.

“Aİ-95” markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və “Azpetrol” YDM-lərində yeni qiymətə satılır.

“Aİ-92” və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur.

Əldə etdiyimiz məlumata görə, “Aİ-95” markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır. Bununla bağlı rəsmi təsdiq yoxdur.

İndex.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90