Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı – SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı – SƏBƏBİ AÇIQLANDIbackend

Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb.

Busaat.az xəbər verir ki, 46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilib.

Gəncə şəhər Təhsil İdarəsindən bildirilib ki, məktəbin bağlanmasına səbəb Nazirlər Kabinetinin müvafiq qərarıdır. Belə ki, həmin ərazidə yeni sosial evlər, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik bina tikilib.

46 saylı məktəbin şagirdləri yeni istifadəyə verilən 28 saylı məktəbdə təhsil alacaq.

Məlumat üçün bildirək ki, fəaliyyəti dayanan məktəbdə 154 şagird təhsil alır. Şagirdlərin tədrisi ilə 29 pedaqoq məşğul olub.

Pedaqoqların müəyyən hissəsi 28 saylı məktəbdə işlə təmin edilib. Bir qismi isə Gəncənin digər orta tədris müəssisələrinə verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90