Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldübackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Busaat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 14 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib, 7 274 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90