Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
  • USD1.7000
  • EUR1.8652
  • 100 RUB2.0757
  • GBP2.2298
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576
  • 100 KZT0.3715
  • UAH0.0377
  • 100 JPY1.0672
  • CHF2.0375
Hadisə

Azərbaycanda dərs zamanı tavan şagirdlərin üstünə düşdü — VİDEO

Azərbaycanda dərs zamanı tavan şagirdlərin üstünə düşdü — VİDEO
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Şəkidə dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb. Busaat.az-ın Xezerxeber.az-a istinadla məlumatına görə, hadisə Şəkinin Çayqaraqoyunlu kənd məktəbində baş verib. 9-cu sinif şağirdləri dərs zamanı qorxu dolu anlar yaşayıblar. Tavanın üstündə olan torpaq zibil qatıyla birlikdə uşaqların üstünə düşdüyündən bəzi şagirdlər stres keçiriblər. Məktəbə dərhal təcili tibbi xidmət əməkdaşları çağırılıb, 4 şağirdə ilkin tibbi yardım göstərilib. Valideynlər deyirlər ki, baş vermiş hadisə ilə bağlı heç kim xəsarət almasa da, məktəbdə qəzalı vəziyyətin davam etməsi övladlarının aqibəti baxımından onları ciddi narahat edir. Fövqəlada Hallar Nazirliyinin müvafiq qurumları məktəbin 2-ci korpusuna və 3-cü korpusunda bir neçə sinif otağı ilə müəllimlər otağına girişi qadağan edib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi də baş verən hadisədən xəbərdardır. İdarənin əməkdaşı Mahal Məmmədov bildirib ki, şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otaqlarına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanıb. Məktəbin yay aylarında əsaslı təmiri nəzərdə tutulur. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: https://youtu.be/v7PVWo-kJng
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=42710