Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı – Ermənistanda PANİKA yarandı

Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı – Ermənistanda PANİKA yarandıbackend

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə cəlb olunması Ermənistanın hərbi-siyasi dairələrində narahatlıq yaradıb.

Busaat.az Modern.az-a istinadla xəbər verir ki, rəsmi Yerevan Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik çoşqusunu və Türkiyə ilə hərbi əməkdaşlığını intensivləşməsini milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirir.

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan baş verənləri ölkəsi üçün qorxulu perspektiv hesab edir.

“Azərbaycan bütün cəbhədə hazırlıq işləri görür və bizim vəzifəmiz baş verənləri beynəlxalq təşkilatlara çatdırmaqdır. Onların rəhbərliyi aktiv hazırlıq işləri, o cümlədən hərbi vəzifəlilərin təlimlərə toplanmasını təmin edir. Digər tərəfdən, avqustda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərində çoxsaylı hərbi texnika, təyyarə və qırıcıları iştirak edib”-deyə Abovyan açıqlama verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90