Azərbaycanda FETÖ-yə görə tutulanlar hakim qarşısına çıxarılır

image-fetooobackend

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Onlara qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqad etməyə məcbur etmə), D.Cəfərova isə əlavə olaraq 228-ci (qanunsuz soyuq silah gəzdirmə) maddəsi ilə yekun ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib. Cinayət işləri ayrı-ayrılıqda araşdırılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri ilə həbs ediliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki