
Azərbaycanda güclü zəlzələ oldu
Xəzər dənizində, Azərbaycan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Busaat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub























