Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ qaranlıq tuneldə qəfil yanan işıq effekti verir. İnsanlar, nəhayət ki, sevinməyə başlayır və ağrılı-acılı günlərin geridə qaldığına ümid edirlər. Mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri vəziyyətin tədricən düzələcəyini deyir, bəziləri isə payızda baş verəcək ikinci dalğadan danışırlar. Tanınmış oftalmoloq Paşa Qəlbinur bu barədə “Sherg.az”a münasibət bildirərkən nikbin proqnoz verib: “Azərbaycanda ikinci dalğa olmayacaq. Buna coğrafi mövqeyimiz imkan verir. Əlbəttə, proqnozum səhv də ola bilər. Lakin mən falçı deyiləm, fikrimi elmi araşdırmalara, təcrübələrimə uyğun deyirəm. Hələ aylar əvvəl demişdim ki, koronavirusdan ən az əziyyət çəkən ölkə Azərbaycan olacaq. Proqnozumun özünü doğrultduğunu gördünüz. Payız üçün isə yaxşıya ümid edək”.
“Azərbaycanda ikinci dalğa olmayacaq”

Bu bölməyə aid digər xəbərlər
Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın…
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” – Hacıbəy Heydərli
“Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv…
Gün quruba əyilirdi. Üfüqlər Günəşin zərrin şüaları ilə qırmızı rəngə boyanmışdı. Şərqdən Qərbə üz tutan Günəş yenidən doğulmaq üçün atəşlərdə yanırdı…
Demokrat.az xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair…
Bu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi (İMD İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə…
Türkiyənin sitrus ətirli cənub sahilləri – məşhur Türk Rivierası – Aralıq dənizi hövzəsinin ən gözəl və füsunkar bölgələrindən biri hesab olunur.