Azərbaycanda ölən şəxslərə görə pul veriləcək – MƏBLƏĞ AYRILDI

image-1636360893_6188d9dd492ec6188d9dd492ed16363586216188d9dd492e96188d9dd492eabackend

Gələn il dəfn üçün müavinət xərclərinin maliyyələşdirilməsi üzrə tələb olunacaq vəsait 45 mln. manat olaraq müəyyənləşdirilib.

Busaat.az-ın məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin proqnoz göstəricisindən 11,4 mln. manat (33,9 faiz), 2020-ci ilin icra göstəricisindən isə 19,1 mln. manat (73,7 faiz) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki