Azərbaycanda partiya sədrinə cinayət işi açıldı

Azərbaycanda partiya sədrinə cinayət işi açıldıbackend

Azərbaycanda partiya sədri İran vətəndaşına qarşı dələduzluq edib. 

Busaat.az xəbər verir ki, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov 100 min manat pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir.

Partiya sədri İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğlundan 100 min manat alaraq mənimsəyib.

Hazırda onun cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edəcək

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90