Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 832 $▲0.53%
  • Ethereum2 262 $▲0.43%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Karantin rejiminə görə ölkə üzrə toy mərasimlərin keçirilməsinə sentyabrın 30-na kimi qadağa qoyulub. Amma koronavirus pandemiyasına görə Azərbaycanda 7 aya yaxındır ki, toy, yas və digər kütləvi mərasimlər keçirilmir. Bir çox mütəxəssislər payızın sonunda koronavirus pandemiyasının bitəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Həmin vaxt toyların keçirilməsinə icazə veriləcəkmi?

Busaat.az xəbər verir ki, bununla bağlı  danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bilidirib ki, koronavirus pandemiyası 3-4 il davam edə bilər:

“İnsan həyatı toydan daha dəyərlidir. İnsanlarımız toy və yas mərasimlərini bir müddət unutsunlar. Bu barədə danışmağa dəyməz, çünki toyların keçirilməsinə icazə verilməyəcək. Vətəndaşlarımız toylara gələn insanların sayının azalması ilə razı olmayacaq. Bəziləri üçün toy sevənləri birləşdirmək deyil, bir növ lotereya oyunudur. Pul dağıtmışam, indi isə yığıram. Karantin rejimi ailə qurmağa maneə olmur. Ailə həyatı gənclərimizə lazımdır. Bir-birilərini sevənlər nikaha daxil olsunlar və gedib yaşasınlar. Buna heç kim əngəl ola bilməz. Əsas söz-söhbət toyun ətrafındadır. Gəlin, hər şeyin adını düzgün qoyaq. Pul məsələsi olduğu üçün vətəndaşlarımız 30-40 nəfərlə toy keçirilməsinə razılıq verməyəcək”.

KONKRET.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18387