
Azərbaycanda valyutadəyişmə məntəqəsinə qumbara atıldı - Xəsarət alanlar var
Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb.
Busaat.az xəbər verir ki, naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfərin yaralandığı deyilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.
Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.























