Azərbaycanda yoluxma sürətlə artır: SƏRT KARANTİN qayıdır…

Azərbaycanda yoluxma sürətlə artır: SƏRT KARANTİN qayıdır…backend

Artıq bir neçə gündür ki, ölkədə koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölkədə 215 yeni yoluxma faktı qeydə alınıb.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla yoluxmanın artmasının səbəbini insanların virusu unutması və cəbhə xəttinə yönəlməsi ilə əlaqələndirib:

“Cəbhədə döyüşlər gedir. Hər birimizin diqqəti əlbbətə ki, cəbhəyə yönəlib. Artıq demək olar ki, bir çox insanlar karantin qaydalarına əməl etmir. Bu da təbii olaraq yoluxma sayının artmasına səbəb olur.

Lakin bilmək lazımdır ki, bizdə kollektiv immunitet hələ yaranmayıb. Bu da daha çox insanın xəstələnməsi riskini yaradır. Birdən-birə karantin qaydalarının pozulması isə çox ciddi məsələdir”.

Adil Qeybulla yeni növ koronavirusa qarşı qaydalara əməl etməyin, xüsuilə maska taxmağın vacibliyini vurğulayıb:

“İstər soyuqdəymə, istərsə də koronavirusun digər növləri heç vaxt özlərini bu cürə aparmayıblar. Bu baxımdan da ehtiyyatlı olmaq lazımdır. Koronavirusun ikinci dalğası bir çox insanın karantinə götürülməsi, tibb işçilərin fasiləsiz iş rejimi, ölkədə uzun müddət karantin müddəti, iqtisadiyyatın donuq vəziyyətdə qalması deməkdir. Küçəyə çıxanda insanların maskasız gəzdiyinin şahidi oluram. Başa düşmək lazımdır ki, bir nəfər xəstə olan şəxs yanından ötüb keçən hər bir kəsi yoluxdura bilər. Hamıda vətəndaş məsuliyyəti olmalıdır. Bunun qarşısını almaq üçün iki yol var – ya karantin qaydalarını pozan, maskasız gəzən şəxslər cərimələnsin, ya da karantin qaydaları daha da sərtləşsin”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90