Azərbaycanın İrəvana qaytardığı tabor komandiri HƏBS EDİLDİ

image-a56bb3566b9114f4f65bb6d3fdc1b126backend

Ermənistanın Apelyasiyasiya Məhkəməsinin hakimi Tiqran Simonyan dövlət ittihamçısının şikayətinə baxaraq, iddianı təmin edib.

Qərara əsasən, Azərbaycandan əsirlikdən qaytarılmış mayor Narek Yeremyan barədə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Hərbçinin vəkili Karmen Poqosyan məhkəmə qərarı haqda medianı məlumatlandırıb. Bildirib ki, birinci məhkəmə instansiyası tabor komandiri, mayor N.Yeremyanın xeyrinə qərar çıxarsa da, növbəti instansiya prokurorun vəsatətini təmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki