Azərbaycanın Xəzəryanı ölkələrlə qarşılıqlı əlaqələri uğurla inkişaf edir

image-download-19backend

29 iyul 2022-ci ildə Aşqabadda  Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə Toplantısı keçirilmişdir. Bu toplantı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xəzəryanı ölkələrin liderlərinin müntəzəm görüşmələrini şərtləndirən çoxsaylı amilləri qeyd edə bilərik. Bunlardan zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyası və geoiqtisadi önəmə malik ölkə kimi səciyyələndirir. Xəzəryanı ölkələrinin qarşısında duran ən əsas vəzifələrdən biridə Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bütövlükdə Xəzər dənizi region ölkələrinin rifahını yüksədilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevində bəyan etdiyi kimi, ilk növbədə Xəzəryanı dövlətlərlə investisiya mühitinin yaxşılaşdırılması, faydalı iqtisadi əməkdaşlığın inkişafı, etibarlı və təhlükəsizlik əlaqələrin qurulması, kommunikasiyaların qurulması, ekoloji baxımından təmiz texnologiyaların cəlb edilməsi xəzəryanı ölkələrinin əsas qarşılıqlı əlaqələrindəndir. Hətta nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dəniz regionunun inkişaf etmiş iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Azərbaycanın regionda ümumi inkişafa töhvə verən səyləri və təşəbbüsləri region dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bir sözlə Azərbaycan Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan nəinki, Cənubi Qafqazda hətta Xəzəryanı ölkələr içərisində həm iqtisadi həmdə siyasi baxımından sözünü demiş ölkələrdən biridir. Beləliklə, Azərbaycan Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərini uğurla inkişaf etdirir.

YAP-ın üzvü

Abbasova Pərvanə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90