Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 465 $▼4.04%
  • Ethereum1 824 $▼5.37%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Azərbaycanla anlaşılmazlıq aradan qalxıb - İran

image-muhammed-bakir-kalibaf-iran
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son vaxtlar İran ilə Azərbaycan arasında müəyyən anlaşılmazlıqlar olub, lakin iki ölkə arasında aparılan danışıqlar nəticəsində bu problemlər aradan qalxıb.

Busaat.az xəbər verir ki, bunu İran parlamentinin sədri Muhammed Bakir Kalibaf bildirib.

İranın yarı rəsmi Tesnim xəbər agentliyinin məlumatına görə, Asiya Parlament Assambleyasının (APA) Antalyada keçirilən 13-cü Baş Assambleyasından sonra ölkəsinə qayıdan Kalibaf Türkiyədəki təmasları ilə bağlı hava limanında mətbuata açıqlama verib.

Türkiyəyə səfərini “intensiv və məhsuldar” adlandıran Kalibaf bildirib ki, APA-nın görüşü zamanı İran, Azərbaycan və Türkiyə parlament rəhbərlərinin üçtərəfli görüşü, üç ölkə arasında enerji nəqli və tranzit ilə bağlı məsələlər müzakirə olunub.

Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutları üçün Türkiyə və Azərbaycanla danışıqlar aparıldığını bildirən Kalibaf deyib: “Xarici işlər və müdafiə nazirləri ilə nəqliyyat, tranzit üzrə liderlər səviyyəsində üçtərəfli görüş və danışıqların keçirilməsi qərara alındı”.

Kalibaf son vaxtlar Tehran və Bakı arasında gərgin münasibətlərə işarə edərək əlavə edib: “Azərbaycan Respublikası ilə bəzi anlaşılmazlıqlar son vaxtlar aradan qaldırılıb”.

Yaxın vaxtlarda Bakıya səfər edəcəyini qeyd edən Kalibaf iki ölkə arasında danışıqların davam etdirilməsinə qərar verildiyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96508