“Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə töhfə verir” – Yoav Qallant

image-mycollages_-_2023-07-14t114735-494backend

İsrail müdafiə naziri Yoav Qallantın Azərbaycana səfəri başa çatıb.

Busaat.az xəbər verir ki, o bu barədə tviter hesabında bildirib.

“Azərbaycana məhsuldar səfərimi yenicə başa vurdum. Burada Azərbaycan Prezidenti İlham Əliyev, həmkarım, nazir general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlər keçirdim. Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – deyə Y. Qallant yazıb.

İsrailli nazirin sözlərinə görə, Azərbaycana səfər çərçivəsində bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələr və möhkəm dostluğu daha da dərinləşdirmək istiqamətində razılıq əldə olunub: “Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki