“Azərbaycanla oyun texniki cəhətdən 3 dəfə yüksək olacaq” – federasiya prezidenti

“Azərbaycanla oyun texniki cəhətdən 3 dəfə yüksək olacaq” – federasiya prezidentibackend

“2019-cu il bizim üçün uğursuz keçdi və son 7 oyunun hamısında uduzduq. Ümid edirəm ki, bu uğursuz seriyanı Azərbaycanla görüşdə qıracağıq”.

Sportfan.az saytının məlumatına görə, bunu Lüksemburq Futbol Federasiyasının prezidenti Pol Filip yerli mətbuata müsahibəsində deyib.

70 yaşlı futbol funksioneri Millətlər Liqasının 1-ci turunda Azərbaycanla keçiriləcək oyunu dəyərləndirib. O, işlərinin bir neçə gün əvvəl Almaniyanın III Bundesliqa təmsilçisi “Saarbrüken”lə (0:0) yoxlama görüşündəkindən çox olacağını söyləyib: “Yığma 10 aydır rəsmi oyun keçirmir. “Saarbrüken”lə yoxlama görüşündə problemlər görünürdü. Axı tam hazırlıqlı komanda ilə qarşılaşırdıq. Düzü, həmin matçdan çox şey gözləmirdim. Futbolçularımız oyuna nəzarət etmək istəyirdilər, ancaq rəqib aqressiv idi. Bakıda daha diqqətli olmaq lazımdır. Azərbaycanla görüş heç də bundan asan keçməyəcək. Hətta texniki cəhətdən səviyyəcə 3 dəfə yüksək olacaq”.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 20:00-da başlayacaq

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90