“Azov” batalyonunun əfsanəvi komandiri təslim oldu

image-media-1505ea824c18544049f28a5a5f105824-obvj7yqa3hxe1c4mrn2pbackend

Bəs, “NATO zabitləri” necə oldu?

“Azov” batalyonunun komandiri Denis Prokopenko “Azovstal” zavodunun ərazisini tərk edərək təslim olub. Bu barədə “Birinci Kanal”ın jurnalisti İrina Kuksenkova “Telegram” kanalında yazıb.

Jurnalist Denis Prokopenkonun yaralı olduğunu, “məlumatların düzgünlüyünə cavabdeh olduğunu” söyləyib.
Denis Prokopenko Ukrayna Milli Qvardiyasının polkovnik-leytenantı, “Azov” alayının komandiridir. 2014-cü ildən Ukraynanın müdafiəsində fəal döyüşürdü.

Rusiyalı jurnalistin iddiasını təsdiq edən video da yayılıb. Belə ki, Denis Prokopenkonun özü video paylaşıb. “Mariupolun müdafiəsinin 86-cı günü. Ali hərbi rəhbərlik qarnizonun hərbi qulluqçularının həyat və sağlamlığının qorunması və şəhərin müdafiəsinin dayandırılması barədə göstəriş verib”, – deyə Prokopenko bildirib.

ffju.JPG (88 KB)

O qeyd edib ki, onlar şəhərin “Azovstal”da gizlənən bütün dinc sakinlərini təxliyə edə biliblər. Ağır yaralılara lazımi yardım göstərilib və onlar da təxliyə ediliblər. Onları dəyişdirib Ukraynanın nəzarətində olan əraziyə çatdırmağı planlaşdırırlar.

“Donetsk vilayətinin Mariupol şəhərinin müdafiəçilərinə canlarını xilas etmək əmri verilib”. Bunu isə iki gün əvvəl Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. “Bu gün çox mürəkkəb və mühüm proseslər gedir, o cümlədən Qırmızı Xaç təşkilatının köməyi ilə danışıqlar aparılır. Nəticədə bu, son dərəcə ağır vəziyyətdə olan yaralıların təxliyyəsidir. Bizim planımız onları xilas etməkdir, sonra isə azadlıq haqqında düşünmək olar”, – deyə nazir bildirib.

C3E79EBF-7025-4A1B-B5BC-E63722493421.jpeg (94 KB)

O qeyd edib ki, 20 minə qədər rus işğalçısından ibarət qrupların saxlanılması və onların Zaporojyeyə, daha sonra Donbassa buraxılmaması, o cümlədən qoşunların Kiyevdən uzaqlaşdırılması əmri yerinə yetirilib, buna görə də şəhərin bütün müdafiəçiləri qəhrəmandırlar. “Onların indi yeni əmri var – canlarını xilas etmək. Ukraynanın onlara ehtiyacı var. Əsas olan odur”, – deyə müdafiə naziri vurğulayıb.

Bundan əvvəl “Azov” alayının komandirinin müavini Svyatoslav Palamarın və Ukrayna Silahlı Qüvvələrinin 36-cı Dəniz Briqadasının bölməsinin komandiri Sergey Volınskinin təslim olduğu haqda da xəbər yayılmışdı. Amma Rusiya rəsmi olaraq hələ ki, bu məlumatları təsdiqləməyib.
Mayın ortalarında Prokopenkonun həyat yoldaşı Ukrayna “Azov” üzvlərinin həyat yoldaşları ilə birlikdə Vatikanda Roma Papası Fransisklə görüşüb. Onlar həyat yoldaşlarının və batalyonun digər üzvlərinin təxliyəsinə kömək etmək xahişi ilə pontifikə müraciət etmişdilər.

RIAN_8194399.HR-pic_32ratio_900x600-900x600-70365.jpg (76 KB)

Rusiya “Azovstal” zavodunun mühasirəsi başlayandan iddia edirdi ki, “Azov” batalyonun arasında xeyli sayda NATO zabitləri də var. Amma hələ ki, bunu təsdiq edən fakt yoxdur. Bu arada isə Pittsburq Universitetinin (ABŞ) beynəlxalq əlaqələr professoru Maykl Brenner sensasion sayıla biləcək iddia ilə çıxış edib. O, istisna etmir ki, Mariupoldakı “Azovstal”da “Azov” milli batalyonunun yaraqlıları tərəfindən öldürülən, sonra isə cəsədləri yandırılan və ya basdırılanlar arasında bir neçə NATO zabiti olub. Maykl Brenner fikirlərini “Veterans Today” portalının redaktoru Kevin Barrettlə müsahibəsində bölüşüb. Amerikalı professorun fikrincə, “Azovstal”da təkcə əcnəbi muzdlular deyil, həm də “hökumətləri tərəfindən Kiyevə kömək üçün göndərilmiş” bütöv birliklərin olduğunu düşünməyə əsas var.

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Mariupoldakı “Azovstal” zavodunda 1900-dən çox ukraynalı əsgərin təslim olduğunu bildirib.Musavat. com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90