
Azov dənizi və Kerç boğazı ilə bağlı Ukrayna ilə müqaviləni ləğv edən qanun layihəsini təsdiq edib - Rusiya parlamenti
Rusiya parlamentinin yuxarı palatası Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında Rusiya-Ukrayna müqaviləsini denonsasiya edən qanun layihəsini təsdiq edib.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Sənədi Dövlət Dumasına mayın 24-də Rusiya prezidenti Vladimir Putin təqdim edib. Rusiya parlamentinin aşağı palatası iyunun 1-də keçirilən plenar iclasda müqaviləni denonsasiya edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müqavilə 2003-cü il dekabrın 24-də Kerçdə imzalanıb. Sənəddə Azov dənizi və Kerç boğazının hər iki ölkənin iqtisadi inkişafı üçün əhəmiyyəti, eləcə də Azov-Kerç hövzəsinin qorunub saxlanılmasının zəruriliyi qeyd edilib. Fevralın əvvəlində isə Ukrayna parlamenti Azov dənizində Rusiya ilə əməkdaşlığa dair bütün müqavilələri rəsmən denonsasiya edib.
Busaat.az























