Bakıda 3 ayın gəlininin öldüyü hadisənin TƏFƏRRÜATI

image-gelinbackend

Xəbər verildiyi kimi, Yevlax rayon sakini olan 2 aylıq hamilə qadın dəm qazından boğularaq həyatını itirib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, gecə saat 01:00 radələrində 2005-ci il təvəllüdlü Nuranə Elçin qızı Həsənova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyitini yaxınları aşkarlayıblar.

Mərhumun cənazəsi dəfn olunması üçün Yevlaxa aparılıb. Məlumata görə, Nuranə 3-4 ay əvvəl ailə həyatı quraraq Bakıya köçmüşdü. O, 2 aylıq hamilə idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki