Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.89 $▼1.34%
  • WTI neft96.39 $▼0.71%
  • Avropa qazı (TTF)90.33 €▼3.34%
  • Təbii qaz (ABŞ)2.870 $▼0.49%
  • Qızıl3 936 $▲0.07%
  • Gümüş49.71 $▲0.22%
  • Pambıq77.29 ¢▼0.34%
  • Buğda601.75 ¢▼0.58%
  • Bitcoin77 382 $▲0.92%
  • Ethereum2 290 $▲1.82%
  • S&P 5007 573▲0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Hadisə

Bakıda 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirləndirilənlərə hökm oxunub

image-baki-agir-cinayetler-mehkemesi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda 3 nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişova, Niyazi Hacıxanova və Əlizamin Əliyevə hökm oxunub.

Busaat.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin qərarı ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri – İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu davaya çevirilib.

Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə axır xəsarət yetirilib və o görmə qabiliyyətini itirib.

Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.

N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124529