Bakının Sabunçu rayonunda sərxoş piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Busaat.az-ın məlumatına görə, avtomobil qəfildən yola çıxan 1979-cu il təvəllüdlü Lukonin Sergey Vaqif oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.