Bakının Xətai rayonunda 73 yaşlı qocanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Busaat.az-ın məlumatına görə, avtomobil yolu keçən 1950-ci il təvəllüdlü Məmmədov Vəhbi Qədir oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.