Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.45 $▲0.86%
  • WTI neft89.10 $▲0.96%
  • Avropa qazı (TTF)90.51 €▼3.40%
  • Təbii qaz (ABŞ)3.240 $▼2.76%
  • Qızıl3 880 $▼0.94%
  • Gümüş48.94 $▼2.60%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda595.50 ¢▲0.72%
  • Bitcoin68 609 $▼3.87%
  • Ethereum1 928 $▼4.45%
  • S&P 5007 528▼0.84%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İnfrastruktur

Bakıda bu prospektlər BİRLƏŞDİRİLƏCƏK

image-1729846676_hava_baki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilmişdi ki, Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelinin hər iki çıxışında dairəvi hərəkət təşkil edilə bilər. Babək və Heydər Əliyev prospektlərinin Keşlə qəsəbəsi vasitəsilə birləşdirilməsi ehtimalı varmı? Sözügedən yolun genişləndirilməsi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat məsəələri üzrə ekspert Eldəniz Cəfərov Referans-ın suallarını cavablandırıb. Ekspert bildirib ki, onun əldə etdiyi məlumata görə Babək prospekti ilə Heydər Əliyev küçələrinin kəsişmə nöqtələrində olan darboğazın aradan qaldırılması üçün müəyyən işlərin görülməsi planlaşdırılıb. Haqqında danışılan tuneldən çıxışlar və dairəvi hərəkətin hazırda aktual olduğunu əminliklə söyləmək çətindir.

“Hal- hazırda Babək prospekti ilə Heydər Əliyev prospektinin Keşlə qəsəbəsi vasitəsi ilə hərəkəti mövcuddur. Hər iki prospektdən Keşlə qəsəbəsindən keçərək hər iki istiqamətdə hərəkət davam edir. Bu yolda əsas məsələ Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişmə nöqtəsinin genişləndirilməsi məsələsidir. Hesab edirəm ki, yenidənqurma işləri məhz bu ərazidə gerçəkləşəcək”, – deyə qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160713