
Bakıda FACİƏ: 8 metrlik quyudan meyit tapıldı
Bakıda su quyusunda meyit aşkarlanıb.
Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.























