Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Hadisə

Bakıda hoteldə YANĞIN

image-1708318526-428409234_2532148786992471_755362979663266411_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Mont Inn” hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kvadratmetr olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək otel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kvadratmetr sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135130