
Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Taleh Elman oğlu Qarayev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.























