Ötən gün Bakının Xəzər rayonununda itkin düşmüş 15 yaşlı Abbasov Adəm Qüdrət oğlu tapılıb.
Bu barədə Busaat.az-a onun yaxınları məlumat veriblər.
Onlar bildiriblər ki, A.Abbasov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yer barədə xəbər verib. O, artıq evindədir.
Qeyd edək ki, o, dünən axşam saatlarında Binə qəsəbəsində fərdi dərs hazırlığı kursundan çıxaraq bir daha evə qayıtmamışdı. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmamışdı.