Bakıda müəllimlər etiraz aksiyası keçirdi: Nazirliyin qarşısı bağlandı

image-1651687375_1471632899_1951-0-ca10a4ed860d87827602ce7f25567d68backend

Bir qrup gənc müəllim Təhsil Nazirliyinin önündə etiraz aksiyası keçirib. 
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunan bu müəllimlər sonradan müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə qatılıblar. İndi isə onlar nazirlik tərəfindən keçirilən daimiləşmə müsabiqəsindən haqsız olaraq kəsildiklərini iddia edirlər.

Günel, Pərvanə, Türkan və onların simasında neçə belə gənc müəllim var ki, eyni aqibəti yaşayırlar. Gənc müəllimlər müsabiqə əsnasında onlara qarşı kobud davranıldığını da iddia edirlər.

Etirazçılar bildirdilər ki, nazirlikdə onları qəbul edib, dərdlərini dinləyən də yoxdur. Bir az sonra APA TV-nin çəkiliş heyətini görən nazirliyin insan resursları bölməsinin əməkdaşları etiraz edən müəllimləri qəbul edib, şikayətlərini dinlədilər.

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunan bu müəllimlər sonradan müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə qatılıblar. İndi isə onlar nazirlik tərəfindən keçirilən daimiləşmə müsabiqəsindən haqsız olaraq kəsildiklərini iddia edirlər.

Bu üzdən suallarımıza cavab tapmaq üçün mövzuya yenidən qayıdacağıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90