Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
Busaat.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Süleymanov İbrahim Nizami oğlu idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman çörək sexinə məxsus yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. İçərisində olan sürücü İ.Süleymanov və sərnişin, təxminən 25-30 yaşlı qadın ağır xəsarətlər alıb.
Sürücü komaya düşərək özəl xəstəxanaların birinə yerləşdirilib. Yaralı sərnişin isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtoekspertiza təyin edib.
Qeyd edək ki, sürücü İ.Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin serjantı kimi fəaliyyət göstərir.