Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 159 $▲1.64%
  • Ethereum1 824 $▲3.17%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İtaliyanın keçmiş baş naziri Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

image-berluskoii
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İtaliyanın keçmiş baş naziri və hakim koalisiyanın partnyoru Forza Italia Partiyasının lideri Silvio Berluskoni bir həftəlik aradan sonra yenidən xəstəxanaya yerləşdirilib.

Busaat.az xəbər verir ki, İtaliyanın “Rainews24” kanalının xəbərinə görə, İtaliyanın keçmiş baş naziri və hakim ortağı Forza Italia Partiyasının lideri 86 yaşlı Silvio Berluskoni ürək-damar sistemində yaranan problemlər səbəbindən bu gün səhər saatlarında Milanın San Raffaele xəstəxanasında müalicə olunub.

Bildirilib ki, Berluskoninin müalicəsi reanimasiya şöbəsində davam edir.

ANSA agentliyi də keçmiş baş nazirin vəziyyətinin stabil olduğunu yazıb.

Silvio Berluskoni martın 27-də yoxlanış üçün San Raffaele Xəstəxanasına aparılıb və üç gündən sonra martın 30-da evə buraxılıb.

Təcrübəli italyan siyasətçi 2022-ci ilin yanvarında San Raffaele Xəstəxanasına yerləşdirilib və 8 gün xəstəxanada qalıb.

1994-2011-ci illər arasında İtaliyada ən uzun müddət baş nazir vəzifəsini icra edən Berluskoni 2020-ci ilin sentyabrında Covid-19-a tutulub və iki həftəlik çətin müalicə müddətindən sonra sağalıb.

Berluskoni xəstəxanadan çıxarkən, “Bu dəfə də öhdəsindən gəldim”, – deyə qeyd etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105990